Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 50 əcnəbi vətəndaş saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, kompleks tədbirlər nəticəsində Hindistan, Vyetnam, Türkmənistan, Rusiya, Qırğızıstan, Sudan, Pakistan, Özbəkistan, Azərbaycan, Tacikistan, İordaniya, Nigeriya, Banqladeş, Uqanda və Keniya vətəndaşları nəzarətə götürülüblər.
Hazırda saxlanılan şəxslər Miqrasiya İdarəsinin müvəqqəti saxlama mərkəzinə yerləşdiriliblər və onların deportasiyası ilə bağlı müvafiq prosedurlar həyata keçirilir.
Qeyd olunur ki, saxlanılan şəxslər hüquqi əsas olmadan Gürcüstanda yaşayıblar. (Oxu.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:23 / 04.07.2026
Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Hazırda oxunan: Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
Hazırda oxunan: Gürcüstanda Azərbaycan vətəndaşları saxlanıldı
623242
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































