Türkiyənin Boğaziçi Universiteti Fəlsəfə fakültəsinin tələbələri üçün təşkil edilən məzun gecəsində diplomunu almaq üçün səhnəyə çıxan tələbə Həsən Özdağ diplomu təqdim edən müəllim Yasin Ramazan Başaranla birlikdə şəkil çəkdirməyi qəbul etməyib.
Gənc məzun kamera qarşısında müəllimlə yan-yana durmaqdan imtina etdikdən sonra, akademik diplomu əlində saxlayaraq tələbəyə verməməkdə israr edib və səhnədə qısa müddətli qarşıdurma yaşanıb.
Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, müəllim və tələbə arasında diplomun verilməsi zamanı yaşanan qarşılıqlı gərginlik salondakı qonaqların və digər məzunların diqqətindən yayınmayıb.
Akademikin hərəkətinə baxmayaraq mövqeyindən geri çəkilməyən və foto kadrından çıxan tələbəyə salonda olan kurs yoldaşları güclü alqışlarla dəstək veriblər.
Fəlsəfə fakültəsinin məzununun isə belə addım atmasına sözügedən müəllimin tələbələr arasında “paraşüt akademik” ( yəni təbii olaraq yox, kimlərsə tərəfindən təyin olunmuş) kimi tanınması səbəb olub.
Mərasimdən dərhal sonra hadisə haqqında universitet tələbələrinin səhifəsi “Boğaziçinin Səsi”ndə tələbələr adından bəyanat yayılıb.Tələbə platformasının paylaşımında sözügedən müəllimin vəzifəyə təyin olunma forması tənqid edilib, səhnədə baş verənlər isə “fiziki müdaxilə” kimi qiymətləndirilib.
Açıqlamada diplomu verməkdə çətinlik yaradan akademikin fakültədən uzaqlaşdırılması tələb olunub və tələbələrin təzyiqlərə boyun əyməyəcəyi vurğulanıb.
Lakin Universitet tələbə Hasan Özdağ barədə qərar qəbul edib. Məlumata görə, tələbənin məzun kartı deaktiv edilib və onun 5 il müddətinə universitet kampusuna girişinə qadağa qoyulub.
Qeyd edək ki, Yasin Ramazan Başaran Boğaziçi Universitetində rektor əvəzi Naci İnci tərəfindən təyin edilib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Region
14:30 / 04.07.2026
Məzun gecəsində diplom təqdimatı zamanı müəllimlə tələbə arasında İNSİDENT – VİDEO
Hazırda oxunan: Məzun gecəsində diplom təqdimatı zamanı müəllimlə tələbə arasında İNSİDENT – VİDEO
Hazırda oxunan: Məzun gecəsində diplom təqdimatı zamanı müəllimlə tələbə arasında İNSİDENT – VİDEO
623232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































