Ece İrtemin ölüm səbəbi ilə bağlı ilk ekspertiza rəyi AÇIQLANDI

Hazırda oxunan: Ece İrtemin ölüm səbəbi ilə bağlı ilk ekspertiza rəyi AÇIQLANDI

623208

Türkiyənin məşhur serialı “Kızılcık Şerbeti”ndə canlandırdığı “Işıl” obrazı ilə tanınan aktrisa Ece İrtemin qəfil ölümü ilə bağlı Məhkəmə-Tibbi Ekspertizanın rəyi məlum olub.
 
Bizim.Media Türkiyə KİV-ə istinadən xəbər verir ki, ilkin nəticələrə əsasən, İrtemin bədənində döyülmə, zəhərlənmə və ya ölümünə səbəb ola biləcək travmatik xəsarətlərə rast gəlinmədiyi bildirilib.

35 yaşında vəfat edən aktrisa İrtemin ölüm səbəbinin ürək tutması olduğu qeyd edilib. Lakin ölümün dəqiq səbəbi yalnız ətraflı ekspertiza və laborator müayinələr başa çatdıqdan sonra müəyyənləşəcək.
 

Qeyd edək ki, ailənin hüquqi nümayəndəsi Uğur Gökkoy ərizə ilə prokurorluğa müraciət edib. O, ərizədə aktrisanın ölümündən təxminən bir həftə əvvəl Taylanda səfər etdiyini və səfər zamanı onu meymun dişlədiyini qeyd edib.


O, aparılacaq ekspertiza zamanı bu detalın da araşdırılmasını istəyib. Vəkilin sözlərinə görə, mütəxəssislərlə aparılan məsləhətləşmələr nəticəsində meymun dişləməsinin ağır infeksiyalara, o cümlədən sepsisə (qan zəhərlənməsi) səbəb ola biləcəyi bildirilib.
 
İstintaq çərçivəsində gündəmə gələn sepsis (qan zəhərlənməsi) ehtimalı və aktrisanın qollarındakı yara izləri ilə bağlı araşdırmaların da davam etdiyi bildirilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin