Günümüzdə birdəfəlik nəm salfetlərdən istifadə etməyən çox az adam tapılar. Həm sərfəli, həm də gigiyenik olaraq çox işimizə yarayır. Amma tərkibində plastik liflər olan nəm salfetlərin həm insan sağlamlığı, həm də ətraf mühitə təsiri ilə bağlı narahatlıqlar da artır. Məhz bu səbəbdən Böyük Britaniya plastik lif tərkibli birdəfəlik nəm salfetlərdən imtina etmək qərarı verib.
Mütəxəssislər bildirirlər ki, bu məhsulların əsas problemi onların təbiətdə uzun müddət parçalanmaması və mikroplastik çirklənməsinə səbəb olmasıdır. Bununla yanaşı, həssas dəriyə malik bəzi insanlara nəm salfetlər tövsiyə olunmur.
Bunun səbəbini Bizim.Media-ya açıqlayan dermatoloq Səbinə İsayeva bildirdi ki, artıq kimyəvi tərkibli təmizləyici sağlamlıq baxımından tövsiyə olunmur.
“Plastik liflərin sağlam dəriyə əhəmiyyətli toksik təsiri yoxdur. Amma həssas dərili insanlar, eləcə də uşaqlar kontakt dermatit problemi yaşaya bilərlər. Salfetin tərkibindəki konservantlar, ətirlər və ya təmizləyici, köpüklü maddələr allergik reaksiyaya səbəb olur. Bundan başqa, mütəmadi istifadə zamanı dərinin qurumasına və həssaslaşmasına gətirib çıxara bilər”.
Həkim diqqətə çatdırdı ki, xüsusilə ekzema, açıq yara və ya iltihablı dərilərə nəm salfetlər vurmaq olmaz. Çünki belə yaralarda müxtəlif maddələrin sorulması daha asan ola bilər və problem daha da dərinləşər. Təmizliyə diqqət yetirən, nəm salfetlərdən imtina etmək istəməyənlər isə ən azından ətirsiz, spirtsiz və bitki mənşəli lifli nəm salfetlərə üstünlük versin.
Şəfiqə Şəfa, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:00 / 04.07.2026
Kimlərə nəm salfetdən istifadə etmək olmaz? – Avropanın yasaqladığı təmizləyici vasitələrlə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Kimlərə nəm salfetdən istifadə etmək olmaz? – Avropanın yasaqladığı təmizləyici vasitələrlə bağlı XƏBƏRDARLIQ
Hazırda oxunan: Kimlərə nəm salfetdən istifadə etmək olmaz? – Avropanın yasaqladığı təmizləyici vasitələrlə bağlı XƏBƏRDARLIQ
623103
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































