Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

Hazırda oxunan: Milyarderin keçmiş xanımından Türkiyə paylaşımı: Gecəsi 1 milyona villada qalır - FOTO

623296

Rusiyalı milyarder Aleksandr Lebedevin keçmiş xanımı Elena Perminova istirahət etmək üçün Türkiyəyə uçub.

Bizim.Media xəbər verir ki, o, bununla bağlı fotoları "Instagram" hesabında paylaşıb.

Elena Perminova Bodrumda istirahət üçün qaldığı villanın videosunu çəkib. Model dənizə və dağlara panoramik mənzərəsi olan villanın qonaq otağını və mətbəxini nümayiş etdirib.
 

Aleksandr Lebedevdən olan uşaqları da onunla birlikdə istirahətə yollanıblar. "Lujo" otelindəki belə bir villa ailəyə sutkası 1 milyon rubla (təqrinən 22 min AZN) başa gəlib. Saytda dəqiqləşdirildiyi kimi, bu qiymətə 4 yataq otağı, qonaq otağı və bütün ailə üçün səhər yeməyi daxil olan villa daxildir.


"Xoşbəxtlik elə bu deyilmi? Biz bunu bir il gözləmişik", - deyə Perminova yazıb.

1986-cı ildə Sibirdə yoxsul ailədə doğulan Perminova 16 yaşında narkotik satarkən saxlanılıb və 6 il həbs cəzası ilə üzləşib. Bu zaman atası o vaxtlar Rusiya Dumasının deputatı olan Lebedevə məktub yazaraq ondan kömək istəyib.

Lebedev qanun çərçivəsində gənc qıza güclü vəkil taparaq onu həbsdən qurtarıb və o vaxtdan aralarında sevgi yaranıb. 27 yaş fərqə baxmayaraq, cütlük təxminən 20 il birlikdə yaşayıb və bu nikahdan 4 övladı (3 oğul, 1 qız) dünyaya gəlib. Rəsmi olaraq heç vaxt evlənməyiblər. Ötən ilin dekabrında Perminova 19 illik münasibətdən sonra Lebedevdən rəsmən ayrıldığını elan edib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin