Rusiyanın Tula vilayətində daha əvvəl təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün Azərbaycana idxalına qadağa qoyulan "Krestyanskoe Çudo" (Крестьянское Чудо) yağının satışdan çıxarılması və müsadirə olunması istiqamətində təcili tədbirlər görülür.
Bizim.Media xəbər verir ki, bu barədə “Rospotrebnozdor”un region üzrə idarəsi məlumat yayıb.
Yoxlamalara Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) təqdim etdiyi məlumatlar səbəb olub. AQTA mütəxəssisləri Rusiyanın "NİKA-MİLK" MMC şirkətindən idxal edilən məhsulların müayinəsi zamanı ciddi qayda pozuntuları aşkarlayıblar.
Laboratoriya ekspertizası zamanı 82,5 faizlik yağlılığa malik spredin tərkibində "3-monoxlorpropan-1,2-diol" (3-MCPD) maddəsinin miqdarının təhlükəsizlik normativlərinə cavab vermədiyi sənədləşdirilib. Bu kimyəvi maddə bitki yağlarının yüksək temperaturda emalı zamanı yaranır və qida məhsullarında normadan artıq olması insan sağlamlığı üçün ciddi təhlükə yaradır.
Yoxlamaların nəticəsi olaraq Azərbaycan məhsulun ölkəyə idxalını qadağan edib və ümumi çəkisi 20 ton olan partiyanı Rusiyaya geri qaytarıb.
Hazırda Rospotrebnadzor mütəxəssisləri Tula vilayətinin ticarət obyektlərində reydlər keçirirlər. Məhsul aşkar ediləcəyi təqdirdə dərhal dövriyyədən çıxarılacaq. Qurum həmçinin yerli sakinlərdən "NİKA-MİLK" MMC-nin istehsalı olan bu spredlə rastlaşdıqları halda dərhal məlumat vermələrini xahiş edib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
10:45 / 05.11.2026
Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
Hazırda oxunan: Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
Hazırda oxunan: Rusiya Azərbaycanın geri qaytardığı məhsulu satışdan çıxarır
646112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


























































































