Xəbərdarlıq: Sabah Azərbaycanda güclü külək əsəcək

Hazırda oxunan: Xəbərdarlıq: Sabah Azərbaycanda güclü külək əsəcək

646008

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə noyabrın 5-i axşamdan 6-sı səhərədək güclü külək əsəcək.

Bizim.Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
 

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Neftçala, Salyan, Hacıqabul, Mingəçevir, Naftalan, Goranboy, Daşkəsən, Ağstafada narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.


Kəlbəcər, Laçın, Cəbrayıl, Zəngilan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, Qobustan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Tovuz, Şəmkir, Gəncə, Samux, Göygöl, Gədəbəy, Şirvan, Yevlax, Tərtər, Ağdam, Bərdədə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin