Amerikalı komediya aktyoru Kris Rok Malak Kompton-Rokla uzun illər davam edən evliliyinin dağılma səbəbləri barədə ilk dəfə açıq danışıb.
Bizim.Media xəbər verir ki, 61 yaşlı aktyor “GQ” jurnalına müsahibəsində pornoqrafiyaya aludəçiliyinin, xəyanətlərinin və yaxşı ər ola bilməməsinin münasibətlərini dağıtdığını etiraf edib.
“Mən yaxşı ər olmamışam”, – deyə Rok bildirib.
O, evli olduğu müddətdə çox vaxt porno izlədiyini, lakin artıq 5-6 ildir bu vərdişindən imtina etdiyini söyləyib. Aktyor həyat yoldaşına üç qadınla xəyanət etdiyini də gizlətməyib.
Kris Rok və Malak Kompton-Rok 1996-cı ildə evləniblər. Onların iki qızı var. Cütlük 2014-cü ildə ayrıldıqlarını açıqlayıb, 2016-cı ildə isə boşanma prosesi rəsmən başa çatıb.
Boşanmalarına baxmayaraq, keçmiş həyat yoldaşları övladlarına görə münasibətlərini qoruyub saxlayıblar. Onlar bu ilin may ayında qızları Zəhranın Cənubi Kaliforniya Universitetini bitirməsi münasibətilə keçirilən mərasimdə birlikdə iştirak ediblər.
Bizim.Media

- A-
- A
- A+
Şoutaym
17:50 / 04.11.2026
Komediya aktyoru evliliyinin dağılma səbəblərini açıqladı: “Yaxşı ər olmamışam”
Hazırda oxunan: Komediya aktyoru evliliyinin dağılma səbəblərini açıqladı: “Yaxşı ər olmamışam”
Hazırda oxunan: Komediya aktyoru evliliyinin dağılma səbəblərini açıqladı: “Yaxşı ər olmamışam”
646010
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































