Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant və sosial məzuniyyətlə əlaqədar yaranmış vakant yerlərin kadr təminatı məqsədilə elan edilmiş işə qəbul prosesi miq.edu.az portalı üzərindən davam etdiriləcək.
Bizim.Media xəbər verir ki, bu barədə BŞTİ məlumat yayıb.
Məlumata görə, cari ildə keçirilmiş müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsində iştirak etmiş və müvafiq fənlər üzrə ehtiyatda olan namizədlərin vakant yerlərə yerləşdirilməsi mövcud qaydalar çərçivəsində, miq.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Namizədlərin yerləşdirilməsi müvafiq fənlər üzrə topladıqları balların ardıcıllığı nəzərə alınmaqla təmin ediləcək.
Fəridə, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
17:19 / 04.11.2026
Müəllimlər vakant yerlərə MİQ ballarına uyğun seçiləcək – Rəsmi
Hazırda oxunan: Müəllimlər vakant yerlərə MİQ ballarına uyğun seçiləcək – Rəsmi
Hazırda oxunan: Müəllimlər vakant yerlərə MİQ ballarına uyğun seçiləcək – Rəsmi
646009
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































