“Bugatti” rəhbərinin şəxsi avtomobili oğurlandı: Milyarderin özü oğrunun arxasınca düşdü – Video

Hazırda oxunan: “Bugatti” rəhbərinin şəxsi avtomobili oğurlandı: Milyarderin özü oğrunun arxasınca düşdü – Video

646007

“Bugatti Rimac” şirkətinin baş direktoru Mate Rimasın şəxsi “Bugatti Chiron” avtomobili Xorvatiyadakı zavodun ərazisindən oğurlanıb.

Bizim.Media xəbər verir ki, “Robb Report”un məlumatına görə, hadisəyə səbəb rəhbərin avtomobilin açarlarını salonunda unutması olub. Zavoda daxil olan naməlum şəxs avtomobili götürərək Sloveniya istiqamətində hərəkət edib.

Hadisədən xəbər tutan Mate Rimas oğurlanmış avtomobilin telemetriya sistemindən istifadə edərək onun yerini və hərəkət istiqamətini izləyib.

O, öz “Porsche 911” avtomobili ilə oğrunun axtarışına çıxıb və əldə etdiyi məlumatları polisə ötürüb. Nəticədə avtomobili oğurlayan şəxs Avstriyada yanacaqdoldurma məntəqəsində saxlanılıb. Onun yanacağın pulunu da ödəmədiyi məlum olub.

Mate Rimas bildirib ki, bundan sonra avtomobillərinin açarlarını salonda qoymayacaq.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin