Bu həftəsonu bəzi bürclər üçün digərlərindən daha uğurlu keçəcək. Xüsusilə maliyyə, sevgi və şəxsi münasibətlərdə gözlənilməz fürsətlər ortaya çıxa bilər.
Bizim.Media bildirir ki, ulduzların təsirindən ən çox faydalanacaq 5 bürc bunlardır.
Şir - Şirlər üçün həftəsonu özünü göstərmək və diqqət mərkəzində olmaq baxımından əlverişlidir. Gözlənilməz görüş və ya xoş xəbər əhvalınızı yüksəldə bilər. Pul məsələsində də kiçik, lakin sevindirici bir fürsət yarana bilər.
Oxatan - Oxatanlar üçün həftəsonunun əsas mövzusu yenilik olacaq. Planlaşdırılmamış bir səfər, görüş və ya dəvət həyatınıza rəng qata bilər. Subay Oxatanların maraqlı biri ilə tanış olmaq ehtimalı da yüksəkdir.
Buğa - Bu həftəsonu Buğaların maliyyə baxımından üzü gülə bilər. Gözlədiyiniz ödəniş, borcun qaytarılması və ya yeni qazanc imkanı gündəmə gələ bilər. Ailə daxilində də sizi sevindirəcək bir xəbər ala bilərsiniz.
Tərəzi - Tərəzilər üçün münasibətlər baxımından uğurlu günlərdir. Uzun müddətdir danışmadığınız biri ilə yenidən əlaqə yarana bilər. Sevgidə də gözlənilməz etiraf və ya romantik jest ehtimalı var.
Əkizlər - Əkizlər həftəsonunda təsadüflərin gətirdiyi şansla qarşılaşa bilərlər. Yeni tanışlıq, maraqlı təklif və ya işlə bağlı fürsət gündəmə çıxa bilər. Əsas məsələ qarşılarına çıxan imkanları tez görməkdir. (yenisabah.az)
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
04:52 / 13.09.2026
Bəxti gətirənlər bəlli oldu – Həftəsonunun ən şanslı 5 BÜRCÜ
Hazırda oxunan: Bəxti gətirənlər bəlli oldu – Həftəsonunun ən şanslı 5 BÜRCÜ
Hazırda oxunan: Bəxti gətirənlər bəlli oldu – Həftəsonunun ən şanslı 5 BÜRCÜ
636288
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































