Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb

Hazırda oxunan: Şükufə Yusupovanın son vəziyyəti açıqlanıb

634910

Xalq artisti Şükufə Yusupova avqustun 21-də “İçərişəhər” metrostansiyasının yaxınlığında yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alıb.

Piyada keçidindən keçən zaman avtomobil tərəfindən vurulan sənətçi Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Müayinələr zamanı ona çanaq və qabırğa sınıqları diaqnozu qoyulub. Daha sonra, avqustun 24-də ailə üzvlərinin müraciəti əsasında Yeni Klinikaya təxliyə olunub.

Bizim.Media Xalq artistinin son vəziyyəti ilə maraqlanıb.

Yeni Klinikadan saytımıza bildirilib ki, aktrisanın müalicəsi müvafiq şöbədə davam etdirilir.

Qeyd olunub ki, hazırda onun vəziyyəti stabil qiymətləndirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin