Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır – VİDEO

Hazırda oxunan: Sabunçuda kollektorda qəza - Su çöllük əraziyə axır – VİDEO

634895

Paytaxtın Sabunçu rayonunda, Balaxanı və Məmmədli kəndləri arasındakı ərazidə su axıntısı yaranıb.

Bizim.Media xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə təxminən 2-3 gündür əsas kollektorda qəza baş verib.

Nəticədə, su çöllük əraziyə axaraq burada gölə bənzər sahə yaradıb.

Vətəndaşlar bildirirlər ki, içməli su ilə bağlı çətinlik yaşadıqları halda böyük həcmdə suyun əraziyə axması narahatlıq doğurur.

Onların sözlərinə görə, qəza ilə bağlı ərazidə uzun müddət heç bir müdaxilə olmayıb.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, Balaxanıda çöllük ərazidə müşahidə olunan su axıntısı vantuzda baş verən nasazlıqla əlaqədardır.

Qurumun məlumatına görə, Bakı Sukanal İdarəsinin briqadası əraziyə cəlb olunub. Mövcud problemin aradan qaldırılması istiqamətində işlər görülür.

Daha ətraflı “Baku TV”nin süjetində:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin