ABŞ rəhbərliyi törətdiyi müharibə nəticəsində Yaxın Şərq ölkələrinə vurduğu bütün ziyanı ödəməli və öz qüvvələrini regiondan çıxarmalıdır.
Bizim.Media xəbər verir ki, İslam Respublikası ordusunun nümayəndəsi Məhəmməd Əkrəminiya bu barədə “X” sosial media hesabında paylaşım edib. Onun fikrincə, bu, Vaşinqton üçün ən məntiqli qərardır.
"ABŞ üçün ağlabatan həll yolu reallıqları qəbul etmək, xərcləri ödəmək və regionu tərk etməkdir. Bu, regionda təhlükəsizliyi təmin edəcək və Amerika xalqını rifaha yaxınlaşdıracaq", — deyə o, yazıb.
Əkrəminiya əlavə edib ki, ABŞ ordusunun regiondakı bütün problemləri və amerikalıların qarşılaşdığı çətinliklər Vaşinqtonun İslam Respublikasına qarşı təcavüz etməklə törətdiyi səhvlərdən qaynaqlanır.
Bizim.Media


































































































