Zelenski Rusiyaya hücumları dayandırmağa ÇAĞIRDI

Hazırda oxunan: Zelenski Rusiyaya hücumları dayandırmağa ÇAĞIRDI

634885

Ukrayna Prezidenti Volodimir Zelenski etdiyi videomüraciətdə ABŞ-nin xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşnerin 6 sentyabr, bazar günü Kiyevə rəsmi səfər edəcəyini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, Ukrayna dövlət başçısı bu barədə teleqram kanalında yazıb.

O, mühüm danışıqlar ərəfəsində Rusiyanı hava zərbələrini müvəqqəti olaraq dayandırmağa və sükut rejiminə əməl etməyə çağırıb.

Zelenski qeyd edib ki, Donald Trampın nümayəndə heyəti Ukraynadan əvvəl Moskvaya baş çəkəcək. Səfərin təhlükəsizlik detallarının artıq ABŞ və Ukrayna rəsmiləri tərəfindən tam razılaşdırıldığını bildirən prezident, Ukraynanın amerikalı qonaqların təhlükəsizliyi üçün hava məkanında hərbi fəaliyyəti tam dayandıracağına zəmanət verdiyini vurğulayıb. O, eyni addımın Rusiya tərəfindən də atılmasının vacibliyini ifadə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin