Ağ Evin saytında miqrantları deportasiya edən oyun istifadəyə verildi

Hazırda oxunan: Ağ Evin saytında miqrantları deportasiya edən oyun istifadəyə verildi

634887

Ağ Ev məqsədi miqrantların tutulması və deportasiya edilməsi olan onlayn oyun buraxıb.

Bizim.Media xəbər verir ki, oyun ABŞ prezidenti administrasiyasının rəsmi saytında istifadəyə verilib.

"Rio Run" ("Meksika sərhədindəki Rio-Qrande çayından qaçış") adlanan oyun retro-qrafikalı, klassik arkada tipli "ilan" (snake) oyunu üslubunda hazırlanıb. Oyunçu ABŞ prezidenti Donald Trampın immiqrasiya məsələləri üzrə baş məsləhətçisi Tom Homana bənzəyən personajı idarə etməlidir.

Oyunun məqsədi Meksika ilə sərhəddə yerləşən Rio-Qrande çayını keçən mümkün qədər çox miqrant personajını yaxalamaq və onları geri qovmaqdır (deportasiya etməkdir).

Ağ Evin rəsmi saytındakı "Arcade" bölməsində daha dörd oyun da yerləşdirilib. Onlardan birində, məsələn, "tetris" prinsipi əsasında divar tikmək (Meksika sərhədindəki divara işarə) və sərhədi "yaxınlaşan zombi ordusundan" qorumaq lazımdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin