Şahbuzda ağır qəza: Ölən və yaralananlar var

Hazırda oxunan: Şahbuzda ağır qəza: Ölən və yaralananlar var

634898

Şahbuzda ağır yol qəzası olub.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, hadisə rayonun Gömür kəndi ərazisində baş verib.

Dağlıq ərazidə hərəkətdə olan "Toyota Prado" markalı, 68-BE-050 dövlət qeydiyyat nişanlı avtomobil aşıb.

Qəza nəticəsində Şərur rayonunun Oğlanqala kənd sakinləri – 1975-ci il təvəllüdlü Nazim Abdullayev, onun qızı, 2017-ci il təvəllüdlü Firuzə Abdullayeva və 2006-cı il təvəllüdlü Pərvin Şıxəliyev ölüb.

Hadisə nəticəsində daha 9 nəfər – 2025-ci il təvəllüdlü Validə Şıxəliyeva, 2025-ci il təvəllüdlü Rəhman Abdullayev, 2004-cü il təvəllüdlü Nəzrin İsmayılova, 2025-ci il təvəllüdlü Uğur İsmayılov, 1985-ci il təvəllüdlü Sərraf Abdullayev, 2010-cu il təvəllüdlü Ceyran Abdullayeva, 2016-cı il təvəllüdlü Fatimə Şıxəliyeva, 1983-cü il təvəllüdlü Vüsalə Abdullayeva və 2014-cü il təvəllüdlü Gündüz Şıxəliyev xəsarət alıblar.

Xəsarət alanlar Naxçıvan Muxtar Respublikası Xəstəxanasına çatdırılıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin