Tramp: “ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər”

Hazırda oxunan: Tramp: “ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər”

634893

ABŞ administrasiyasının rəhbəri Donald Tramp bəyan edib ki, ölkənin mərkəzi bankı funksiyasını yerinə yetirən Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini aşağı salmayacağı təqdirdə, Birləşmiş Ştatlar bir sıra dövlətlərlə ticarəti dayandıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ lideri "Truth Social" səhifəsində yazıb. 

Trampın paylaşdığı mülahizəsinə görə, ABŞ dünyada ən aşağı faiz dərəcəsinə malik olmalıdır. 

“Əgər ABŞ bəzi ölkələrin ticarətdə böyük profisit əldə etməsinə icazə verməsəydi — ki, biz buna dərhal son qoya bilərik — onlar artıq maliyyə elitası hesab olunmazdılar", - Tramp qeyd edib.

Tramp əlavə edib ki, faiz dərəcəsini aşağı salın: “Əks halda kəsirimiz olan ölkələrlə ticarəti dayandıracağam, çünki ABŞ Ali Məhkəməsi tariflərlə bağlı axmaq və ona baha başa gələn qərarında Prezidentin bunu etmək hüququna malik olduğunu açıq şəkildə qəbul edib. Bu, tariflərdən daha yaxşıdır".

Qeyd edək ki, FES iyulun sonunda baza faiz dərəcəsini 3,5-3,75% səviyyəsində sabit saxlayıb. Amerika tənzimləyicisinin faiz dərəcəsi ilə bağlı növbəti iclası 15-16 sentyabrda baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin