Belarusun Qrodno vilayətinin Dolqaya kəndində yeddi ev 315 Belarus rubluna (təxminən 165 Azərbaycan manatına) satışa çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Realt.by" daşınmaz əmlak platforması məlumat yayıb.
Evlərin hər birinin qiyməti 45 Belarus rublu (təxminən 24 Azərbaycan manatı) təşkil edir. Onların sahəsi 44 ilə 88 kvadratmetr arasında dəyişir. Hər bir tikiliyə 30-dan 50 sota qədər torpaq sahəsi də daxildir. Evlərdən altısı 1930-1975-ci illər arasında tikilib, birinin isə 100-dən çox yaşı var.
Tikililər rəsmi olaraq "sahibsiz və boş qalan evlər" statusu alıb. Onlar bir-birindən xeyli məsafədə yerləşirlər.
Kənd Şuçin şəhərindən 12 kilometr, Minskdən isə 205 kilometr uzaqlıqdadır. Evlərin satışı hərrac vasitəsilə həyata keçiriləcək.
Bizim.Media

- A-
- A
- A+
Dünya
21:15 / 04.09.2026
Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata
Hazırda oxunan: Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata
Hazırda oxunan: Belarusda torpağı ilə birgə evlər satışa çıxarıldı – 24 manata
634874
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































