Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

Hazırda oxunan: Milli mətbəximiz yenə mübahisə mövzusu oldu - Bu dəfə “quymaq” GÜNDƏMDƏ

612950

Azərbaycan mətbəxinin zaman-zaman qonşu dövlətlər tərəfindən mənimsənilməsi artıq heç kimə təəccüblü gəlmir. Zəngin çeşidli milli süfrəmizin dadına ortaq çıxan qonşularımız çox olub. Amma bu dəfə bu ortaqlıq alışdığımız ermənilərdən, farslardan deyil, Türkiyəli lazlardan çıxdı. Özünəxas danışıqları və həyat tərzi ilə seçilən lazlar milli mətbəxlərinə quymağı əlavə ediblər. Üstəlik bu aralar ən çox baxılan seriallardan olan “Taşacak bu deniz” serialında da milli laz yeməyi adı ilə təqdim olunur, faydalarından danışılır.

Quymaq uzun illərdir Azərbaycan süfrəsinin ənənəvi yeməklərindən biri kimi tanınır və müxtəlif mənbələrdə də Azərbaycan yeməyi olaraq təqdim edilir.

İndi sual yaranır: Quymaq kimindir?

Qida eksperti Ağa Salamov mövzu ilə bağlı Bizim.Media-ya bildirdi ki, Qafqaz, Anadolu və Yaxın Şərq mətbəxləri əsrlərlə bir-biri ilə təmasda inkişaf edib. Bir çox yeməklərin oxşar variantları müxtəlif xalqlarda mövcuddur. Bu, təkcə quymağa aid deyil, dolma, kabab, piti, paxlava, xəngəl kimi nümunələrdə də bunu görürük.

“Quymaq məsələsində isə belə bir reallıq var: Azərbaycanda, xüsusilə Qarabağ, Şimal-Qərb və bəzi bölgələrdə oxşar yeməklər uzun illərdir hazırlanır. Türkiyənin Qara dəniz bölgəsində isə “mıhlama” və ya “kuymak” adı ilə çox məşhurdur və laz mədəniyyəti ilə də əlaqələndirilir. Yəni burada tamamilə “bir xalqındır, digəri istifadə edə bilməz” demək elmi baxımdan həmişə doğru olmur. Yeməklərin mənsubiyyəti məsələsi bölgəmizdə həmişə həssas mövzu olub. Kulinariya sərhəd tanımır, amma kök və tarix düzgün təqdim olunmalıdır”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin