Vətən müharibəsi şəhidi Rəvan Daşdəmirovun atası qəfil vəfat edib.
Bizim.Media xəbər verir ki, 1957-ci il təvəllüdlü Məzahir Daşdəmirov yaşadığı Gəncə şəhərinin Məhsəti qəsəbəsində ürəktutmadan dünyasını dəyişib. Mərhum sabah dəfn olunacaq.
Qeyd edək ki, şəhid Rəvan Daşdəmirov 1994-cü ildə Gəncə şəhərində doğulub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda vuruşub. 27 oktyabr 2020-ci ildə Füzuli rayonunda şəhidlik zirvəsinə ucalıb, iki gün sonra Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilib. Qəhrəmanımız subay idi.
R.Daşdəmirov ölümündən sonra Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” və “Vətənə xidmətə görə” medalları ilə təltif edilib. (Qafqazinfo.az)
Bizim.Media
































































































