Mayın 13-ü saat 18:00-a olan məlumata əsasən, ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur.
Bizim.Media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntılar intensiv xarakterlidir.
Belə ki, Lənkəran, Astara, Ağstafa, Gəncə, Daşkəsən, Bərdə, Tərtər, Naftalan, Goranboy, Göygöl, Tovuz, Şəmkirdə arabir şimşək çaxır, yağış yağır.
Saat 15:40 radələrində Şəmkir rayonunun Atabəy, Aşağı Seyfəli, Dağ Cəyir, Çənlibel, Hacıalılar, Çaykənd, Nərimanlı və Yeni Göyçə kəndlərinə diametri 10-15 mm olan dolu düşüb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
18:45 / 13.05.2026
Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA
Hazırda oxunan: Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA
Hazırda oxunan: Bu kəndlərə dolu düşdü – FAKTİKİ HAVA
612964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































