Macarıstanın yeni Baş naziri Peter Madyar xidməti məqsədlər üçün “Skoda Superb” avtomobilindən istifadə edəcəyini açıqlayıb.
Bizim.Media xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində yazıb.
Halbuki həmin avtomobil markası yüksək dövlət məqamına layiq bilinmir.
“Ölkə daxilində insanlara tanış olan “Skoda Superb” avtomobilindən istifadə edəcəyəm. Həmçinin rəsmi dövlət iqamətgahına köçməyəcəyəm”, - deyə o bildirib.
Madyar son vaxtlar istifadə etdiyi mavi rəngli “Skoda Superb” avtomobilinin şəklini də paylaşıb. Macarıstan mediasının məlumatına görə, onun şəxsi evi Budapeştin ən nüfuzlu məhəllələrindən birində, Buda təpələrində yerləşir.
Bizim.Media


































































































