Ərdoğan Qazaxıstana səfər edib

Hazırda oxunan: Ərdoğan Qazaxıstana səfər edib

612958

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Qazaxıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında və Türk Dövlətləri Təşkilatının Qeyri-rəsmi Liderlər Zirvə Toplantısında iştirak etmək üçün Qazaxıstana səfər edib.

Bizim.Media Türkiyə KİV-nə istinadla xəbər verir ki, səfər 13-15 may tarixlərini əhatə edəcək.

Ərdoğanı hava limanında rəsmi olaraq Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb. Qarşılama mərasimində hər iki ölkənin nümayəndə heyətləri iştirak edib.

Qeyd olunub ki, səfər çərçivəsində Ərdoğan həm ikitərəfli münasibətlər, həm də regional əməkdaşlıq üzrə intensiv diplomatik müzakirələr aparacaq.
 

Prezident Ərdoğanı səfəri zamanı yüksək vəzifəli dövlət rəsmilərindən ibarət böyük bir nümayəndə heyəti müşayiət edir.


Prezident Ərdoğanla birlikdə həyat yoldaşı Əminə Ərdoğan, xarici işlər naziri Hakan Fidan, milli təhsil naziri Yusuf Tekin, milli müdafiə naziri Yaşar Güler, sənaye və texnologiya naziri Mehmet Fatih Kacır və ticarət naziri Ömər Bolat Qazaxıstana səfər edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin