Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

Hazırda oxunan: Nəriman Axundzadənin ABŞ klubundakı maaşı AÇIQLANDI

612866

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin ABŞ-nin “Kolambus Kryu” klubundakı maaşı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə MLS-in Oyunçular Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
 

Məlumata əsasən, 22 yaşlı hücumçunun Ohayo təmsilçisində illik məvacibi 550 000 ABŞ dolları (vergilərlə birlikdə 633 389 dollar) təşkil edir.


Qeyd edək ki, Nəriman Axundzadə “Kolambus Kryu” klubuna bu ilin fevral ayında “Qarabağ”dan keçib. Futbolçu MLS təmsilçisi ilə ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin