Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

Hazırda oxunan: Qurban Qurbanov Elvin barədə yekun qərarını verdi

612881

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov intizam qaydalarını pozan Elvin Cəfərquliyevlə bağlı yekun qərarını verib.

Bizim.Media xəbər verir ki, təcrübəli mütəxəssis müdafiəçini bağışlamayıb və onu əsas komandada görmək istəmir.
 

Cəfərquliyevin "Şamaxı" ilə oyundan sonra gecəni klubda keçirməsi səbr kasasını daşıran son damla olub. İntizama qarşı radikal mövqe nümayiş etdirən Qurbanov eyni hərəkətə yol verən Abbas Hüseynovu da əvəzedici heyətə göndərib.


Elvin Cəfərquliyevin peşmançılığı və sosial şəbəkədəki paylaşımları baş məşqçinin qərarına təsir etməyib. 2027-ci ilin yayınadək müqaviləsi olan futbolçu özünə yeni klub tapmasa, fəaliyyətini əvəzedici komandada davam etdirəcək. (Offsideplus.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin