Türkiyənin Bitlis vilayətində qarın hündürlüyü 7 metrə çatıb.
Bizim.Media “Haberler”ə istinadla xəbər verir ki, Tatvan rayonunda yerləşən və dünyanın ikinci ən böyük krater gölü hesab olunan Nemrut gölünə gedən yolda qarla mübarizə tədbirləri davam edir.
Bitlisin Vilayət Xüsusi İdarəsinin əməkdaşları bölgədə intensiv qar yağışı səbəbindən bağlanan yolu nəqliyyat üçün açmağa çalışırlar. Bildirilib ki, bəzi ərazilərdə qarın qalınlığı 7 metrə çatır.
İlk mərhələdə yolun zirvə hissəsinə qədər açılması planlaşdırılır. Yaxın günlərdə isə marşrutun tam şəkildə qardan təmizlənməsi nəzərdə tutulur. Yolun istifadəyə verilməsi ilə bölgədə yay turizm mövsümünün də başlaması gözlənilir.



Bizim.Media


































































































