Gəncədə çökən asfalt bərpa olunur – VİDEO

Hazırda oxunan: Gəncədə çökən asfalt bərpa olunur – VİDEO

612878

Gəncənin Mahrasa Bağı qəsəbəsində yeni salınan asfalt örtüyünün çökməsi sakinlərin narazılığına səbəb olub.

Bizim.Media-nın Qərb bürosuna müraciət edən sakinlər bildiriblər ki, ötən il MDB Oyunları ərəfəsində qəsəbədə geniş abadlıq işləri aparılıb, küçələrə yeni asfalt örtüyü çəkilib, bordyurlar yenilənib. Lakin qısa müddət keçməsinə baxmayaraq, bəzi küçələrdə asfalt örtüyü çökməyə başlayıb.

Sakinlərin sözlərinə görə, xüsusilə bazarın yaxınlığında yerləşən ərazidə yaranan böyük çökəklik artıq bir aydan çoxdur ki, ciddi problem yaradır. Ərazidə yaşayanlar qeyd edirlər ki, yoldakı vəziyyət həm piyadaların, həm də sürücülərin hərəkətini çətinləşdirir. Xüsusən avtomobil sahibləri nəqliyyat vasitələrinin zədələnməsindən narahat olduqlarını bildiriblər.
 

“Yeni asfalt çəkilməsinə baxmayaraq yol qısa müddətdə yararsız vəziyyətə düşüb. Hər gün bu yoldan istifadə edən sürücülər çətinlik yaşayır”, – deyə sakinlər narazılıqlarını ifadə ediblər.


Problemlə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan saytımıza bildirilib ki, qeyd olunan ünvanda artıq bərpa işlərinə başlanılıb. Məlumata görə, çökən hissə doldurularaq müvəqqəti qaydada çınqıl örtüyü ilə düzəldilib, yaxın vaxtlarda isə əraziyə yenidən asfalt örtüyü salınacaq.

Qeyd edək ki, Mahrasa Bağı qəsəbəsi 1972-1973-cü illərdə salınıb və şəhərin ən böyük yaşayış massivlərindən biri hesab olunur. Sakinlərin dediyinə görə, qəsəbəyə sonuncu dəfə 1982-1983-cü illərdə asfalt çəkilmişdi.


Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin