Almaniyanın “Bavariya” klubu qapıçısı Manuel Noyerlə yeni müqavilə barədə razılığa gəlib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, 40 yaşlı qolkiperin sözləşməsinin müddəti 2027-ci ilin yayına kimi uzadılacaq.
Tərəflər arasında tam razılıq əldə olunub. Noyerin illik maaşının isə təxminən 20 milyon avroyadək azaldıldığı bildirilib.
Müqavilənin mayın 16-da Bundesliqada “Köln”ə qarşı keçiriləcək mövsümün son ev matçına qədər imzalanacağı gözlənilir.
Qeyd edək ki, Manuel Noyer 2011-ci ildən “Bavariya”nın formasını geyinir. Təcrübəli qapıçı komanda ilə 13 dəfə Almaniya çempionu olub, 2 dəfə UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Bizim.Media



































































































