İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

Hazırda oxunan: İstirahətə gedən müəllim avtomobili dərəyə aşırdı: Arvadı və qohumu həyatını itirdi

612864

Gəncə Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bizim.Media xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Məmmədov 5 il azadlıqdan məhrum edilib. Hökmə əsasən, V.Məmmədov cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.
 

İttihama görə, V.Məmmədov Şəmkir şəhərində yaşayıb və orta məktəblərindən birində fiziki tərbiyə müəllimi işləyib. O, ailəsi və qohumları ilə birlikdə Gədəbəy rayonuna istirahətə gedib.


İstirahətdən qayıdarkən V.Məmmədov KIA markalı avtomobilə idarəetməni itirib və maşın dərəyə aşırıb. Hadisə nəticəsində avtomobildə olan həyat yoldaşı 1991-ci il təvəllüdlü Azadə Məmmədova və qohumu, 1973-cü il təvəllüdlü Asəf Tapdıqov hadisə yerində ölüblər.

Avtomobildə olan sürücü və digər 3 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin