Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

Hazırda oxunan: Bağ mövsümünə hazırlaşanlar – Bunu etməsəniz istirahətiniz burnunuzdan gələcək

612956

Bağ mövsümü yaxınlaşır, havalar isindikcə insanlar şəhər səs-küyündən uzaqlaşaraq bağlarda dincəlməyə üz tuturlar. Amma bağda sadəcə istirahət edilmir, həm də o yaşıl gözəlliyi qorumaq üçün işləmək də lazımdır.

Bizim.Media xəbər verir ki, həkimlər yaşından asılı olmayaraq, bağda 10 dəqiqədən artıq işləməyi məsləhət görmürlər. Daha doğrusu, hər 10 dəqiqədənbir fasilə verilməlidir.
 

Fasilə zamanı vücudu bərpa edən hərəkətlər edilməlidir. Məsələn, dik dayanıb əlləri belə qoymaqla geri əyilmək, sonra dərindən nəfəs almaq lazımdır.


Ayaqlarda venoz tıxanıqlığı aradan qaldırmaq üçün onları silkələmək ən yaxşısıdır. Xüsusilə uzun müddət diz üstə çökmüş vəziyyətdə oturmusunuzsa, ayaqlarınızı düzəldin və ayaq barmaqlarınızı özünüzə tərəf çəkin, bu, bud əzələlərini uzadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin