Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

Hazırda oxunan: Məşhur kosmetoloqun barəsindəki amnistiya qərarı LƏĞV EDİLDİ

612869

Bakıda fəaliyyət göstərən "Dr.Elnara" MMC-nin rəhbəri, tanınmış kosmetoloq Elnarə Ramiz qızı Rzayeva barəsində amnistiya aktının tətbiqi ləğv edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsinin qərarında qeyd olunub.

Rzayevanın barəsində "Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının tətbiq edilməsi və onun cəzadan azad olunması ilə bağlı Nərimanov Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli hökmü dəyişdirilib.

Belə ki, Rzayevanın cəzadan azad olunması ilə bağlı müddəalar hökmdən xaric edilib. Elnarə Rzayeva aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində vəsait tutulmaqla islah işləri cəzasına məhkum edilib.
 

Qeyd edək ki, bundan əvvəl Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Rzayeva Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinmişdi, ona islah işləri cəzası verilmişdi. Həmçinin onun əməlində Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkibi olmadığından ona həmin maddə üzrə bəraət verilib.


Onu da əlavə edək ki, xüsusi ittihamçı Rəna Rüfət qızı Soltanova və təqsirləndirilən şəxs Elnarə Ramiz qızı Rzayevanın müdafiəçisi Asim Müşfiq oğlu Abbasov tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməyib.

Xatırladaq ki, ötən il Bakı və Sumqayıtda "LBC" estetik kosmetoloji klinikaların idarəçiləri Rəna Rüfət qızı Soltanova və Nigar Rüfət qızı Rüfət kosmetoloq Elnarə Rzayevanı təhqir və böhtan xarakterli məlumatlar yaydığına görə məhkəməyə vermişdilər. (Teleqraf.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin