“Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

Hazırda oxunan: “Rusiyaya gedirəm” dedi, meyiti “Qanlı dərə”də TAPILDI– VİDEO

612933

Xəbər verdiyimiz kimi, Salyanda dörd ay əvvəl itkin düşmüş kişinin meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qarabağlı kənd sakini, 1976-cı il təvəllüdlü Rəhim Mustafayevin meyiti yaxınları tərəfindən aşkarlanıb.

Belə ki, onun yaxınları yaşadıqları kənddən kifayət qədər uzaqda yerləşən “Qanlı dərə” adlanan ərazidə müəyyən ehtimallar əsasında axtarış aparıblar.
 

Axtarışlar zamanı, ərazinin müxtəlif hissələrindən insan sümükləri və bəzi geyim qalıqları aşkar edilib. Tapılan geyim qalıqlarına əsasən, meyitin məhz axtarışda olan Rəhim Mustafayevə aid olduğu ehtimal edilir.


 Hazırda tapıntılar əsasında DNT analizi aparılır.
 
Yaxınlarının verdiyi məlumata görə, itkin düşməzdən əvvəl Rəhim Mustafayev sonuncu dəfə ailə üzvləri ilə telefon əlaqəsi saxlayaraq təcili Rusiyaya getdiyini bildirib. O, bir neçə aydan sonra işlərini qaydasına salan kimi ailəsini də yanına aparacağını deyib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir.


Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin