Təqaüdçü müəllim dağın zirvəsinə ev inşa etdi – Rayonun rəmzinə ÇEVRİLDİ – FOTO

Hazırda oxunan: Təqaüdçü müəllim dağın zirvəsinə ev inşa etdi – Rayonun rəmzinə ÇEVRİLDİ – FOTO

612872

Türkiyənin Ərzincan vilayətinin Kemaliye rayonunda qayanın zirvəsində inşa edilən və 96 pillə ilə çıxılan ev görənlərin diqqətini cəlb edir.

Bizim.Media “Haberler” nəşrinə istinadla xəbər verir ki, rayonun simvollarından birinə çevrilən qayanın üzərindəki ev bölgəyə gələn turistlərin maraq göstərdiyi məkanlardan hesab olunur.

Təqaüddə olan müəllim Bekir Taştan və həyat yoldaşı Nermin Taştan tərəfindən illər əvvəl qayanın zirvəsində tikilən ev öz qeyri-adi görünüşü ilə seçilir.
 

Cütlük İstanbuldakı iş həyatından sonra sakit həyat sürmək məqsədilə Kemaliyeyə köçərək evi öz imkanları hesabına inşa edib. Tikinti materialları əvvəlcə qayanın ətəyinə daşınıb, daha sonra isə primitiv kanat sistemi vasitəsilə zirvəyə qaldırılıb. Evin tikintisinin təxminən iki il davam etdiyi bildirilib.


Qayanın zirvəsində yerləşən və 96 pillə ilə çatılan ev mənzərəsi ilə də diqqət çəkir. Hazırda həmin tikili Kemaliyenin rəmzlərindən biri kimi göstərilir.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin