“İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Baş direktorunun seçiminin may ayı ərzində baş tutması ehtimal olunur. Ola bilər ki, seçim iyun ayının əvvəlində də keçirilsin”.
Bu barədə Bizim.Media-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) Yayım şurasının üzvü Azər Həsrət məlumat verib.
O bildirib ki, indiki mərhələdə iclasın keçirilmə tarixini dəqiq demək mümkün deyil:
“İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru vəzifəsinə seçilmək üçün ərizələrin qəbulu may ayının 8-də başa çatıb. Təqdir olunan haldır ki, Audiovizual Şura ərizə qəbulu başa çatdıqdan dərhal sonra namizədlərin adlarını ictimaiyyətə açıqlayıb.
Namizədlərlə bağlı müvafiq sənədlər Yayım Şurasına göndəriləcək. Hələki Yayım Şurasına bu haqda məlumat verilməyib. Bu sənədlər bizə daxil olduqdan sonra Yayım Şurasının iclası çağırılacaq. Sənədlərlə tanış olma mərhələsi var. Ondan sonrakı mərhələdə biz iddiaçıları da Yayım Şurasına dəvət edərək orada şəffaf seçki keçirməklə Baş direktoru seçəcəyik”.
Telekanal rəsmisi namizədlərin İTV-nin efirində canlı debata çıxması təşəbbüsünü dəstəklədiyini ifadə edib:
“Namizədlərdən biri İctimai yayıma baş direktorluğa iddia edənləri açıq debata çağırır. Düşünürəm ki, İctimai Televiziyada seçki keçirilmədən öncə belə bir debatın keçirilməsi yerinə düşər. Yayım Şurasının 9 üzvü var və digər üzvlər də bunu dəstəkləsə, bu təşəbbüsü gerçəkləşdirə bilərik. Düşünürəm ki, iddiaçıların özləri də bunun marağında olmalıdılar ki, cəmiyyətə bu işə nə qədər yararlı və layiq olduqlarını göstərə bilsinlər”.
Qeyd edək ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna görə, Baş direktor ictimai yayımçının yaradıcılıq və işgüzar fəaliyyətini əlaqələndirən, bu Qanunla onun səlahiyyətinə aid edilmiş məsələlər üzrə qərarlar qəbul edən, bütövlükdə yayım fəaliyyətinin təşkilinə cavabdeh olan vəzifəli şəxsdir və Yayım şurası tərəfindən 4 il müddətinə seçilir.
Hazırda bu vəzifəyə seçim üçün 11 nəfərin namizədliyi təsdiqlənib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:40 / 13.05.2026
“İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?
Hazırda oxunan: “İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?
Hazırda oxunan: “İTV”-nin Baş direktoru nə vaxt SEÇİLƏCƏK?
612860
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































