Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

Hazırda oxunan: Dünyada neftə olan tələbat sürətlə artacaq - PROQNOZ

612960

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-2027-ci illər üçün ortalama gündəlik qlobal neft tələbatı üzrə proqnozunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə "APA-Economics" OPEC-in aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, gələn il ortalama gündəlik qlobal neft tələbatı 107,87 mln. barel olacaq (proqnoz dəyişməyib) ki, bu da 2026-cı ilin proqnoz göstəricisindən 1,54 mln. barel çoxdur.
 

Proqnoza əsasən, bu il qeyd olunan göstəricinin 106,33 mln. barel olacağı proqnozaşdırılır (öncəki proqnoz göstərici - 106,53 mln. barel), bu da 2025-ci ilin göstəricisi (105,16 mln. barel) ilə müqayisədə 1,17 mln. barel çoxdur.


Xatırladaq ki, 2024-cü ildə qlobal gündəlik neft tələbatı ortalama 103,84 mln. barel olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin