Deputat Türkiyədə zəlzələyə görə tələbələrə təyyarə biletində güzəşt olunmasını təklif edib

Hazırda oxunan: Deputat Türkiyədə zəlzələyə görə tələbələrə təyyarə biletində güzəşt olunmasını təklif edib

600029

“Türkiyədən təyyarə biletləri bahadır, tələbələrin zəlzələ ilə əlaqədar ölkəyə qayıdışında çətinliklər yaranıb”.

Bunu bu gün Milli Məclisin iclasında deputat Ceyhun Məmmədov bildirib.

Ceyhun Məmmədov deyib ki, Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır: “İndi distant təhsilə keçilib. Ancaq elə ədəbiyyatlar var ki, tələbələr onları da qayıdaraq Türkiyədən gətirməlidirlər. Ona görə təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin