Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

Hazırda oxunan: Ümumtəhsil müəssisələrində maarifləndirmə tədbirləri davam etdirilir - FOTO

594323

Bu gün Qusar rayonunun Çiləgir kənd tam orta məktəbində “Yeniyetmə və gənclərin radikalizm və ekstremizm təhlükəsindən qorunması” mövzusunda maarifləndirici tədbir keçirilib. 

Rayon icra hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, tədbirdə Qusar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin məsləhətçisi Mehman Məmmədov, məktəbin direktoru Fərid Eldarov mövzu ətrafında çıxış ediblər.

Çıxışlarda radikalizm və ekstremizmin cəmiyyət üçün yaratdığı ciddi təhlükələr ətraflı şəkildə izah olunub.
 

Natiqlər vurğulayıblar ki, milli-mənəvi dəyərlərə sədaqət və vətənpərvərlik ruhunda tərbiyə, hüquqi maarifləndirmə gənclərin radikal çağırışlara qarşı dayanıqlığını artırır.


Tədbir çərçivəsində şagirdlərlə fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb. Sonda iştirakçılara mövzu ilə bağlı maarifləndirici materiallar təqdim olunub.






Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin