Ölkənin birinci bankı Kapital Bank-ın aktivləri 31 mart 2026-cı il tarixinə 11,8 milyard manat təşkil edib. Müştərilərə verilən kreditlərin həcmi isə 5,5 milyard manatdır.
31 mart 2026-cı il tarixinə olan nəticələrə görə bankda müştəri depozitlərinin həcmi 8,5 milyard manat təşkil edib. Bankın 31 mart 2026-cı il tarixinə tutulmalardan sonra məcmu kapitalı 1,2 milyard manat, adi və imtiyazlı səhmlər isə 256 milyon manatdır.
Bankın xalis mənfəəti isə ötən ilin analoji dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 119% arataraq 120 milyon manata çatıb.
Qeyd edək ki, Kapital Bank “Moody's” və “Standard & Poor's” beynəlxalq reytinq agentliklərinin reytinqlərinə malikdir. Bu reytinqlər ölkənin bank sektorunda yüksək reytinqlər sırasındadır.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 114 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
15:26 / 15.04.2026
Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
Hazırda oxunan: Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
Hazırda oxunan: Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib
607268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































