Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO

Hazırda oxunan: Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO

607270

Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün ciddi təhlükə yaradıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Kadrlarda yolun hərəkət hissəsində yerləşən lükün açıq vəziyyətdə qaldığı əks olunub.
 

"Ərazidə təmir işləri aparılsa da, hər hansı xəbərdaredici nişanlar qoyulmayıb. Xüsusilə gecə saatlarında bu vəziyyət sürücülər üçün daha böyük risk yaradır", - deyə şikayətçi bildirib.


Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli oxu.az-a bildirib ki, ərazidə müvafiq qurumun sifarişi əsasında təmir işləri həyata keçirilir.

"Artıq sözügedən lükün önünə müvafiq məlumatlandırıcı və xəbərdaredici nişanlar qoyulub", - deyə A.Nəcəfli bildirib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin