İbtidai siniflərdə ev tapşırıqları ləğv olunur? - VİDEO

Hazırda oxunan: İbtidai siniflərdə ev tapşırıqları ləğv olunur? - VİDEO

607281

İbtidai siniflərdə ev tapşırıqlarının ləğv olunub-olunmaması ilə bağlı müzakirələr davam edir.

Bizim.Media xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ARB TV-yə bildirib ki, bu addımın tam şəkildə həyata keçirilməsi real görünmür.

Onun sözlərinə görə, xüsusilə birinci siniflərdə qiymətləndirmə olmadığı üçün ev tapşırıqlarının verilməsi məcburi deyil.
 

Buna baxmayaraq, bəzi hallarda uşaqlara həddindən artıq tapşırıq verilir ki, bu da həm valideynlərin narazılığına, həm də şagirdlərin dərsə marağının azalmasına səbəb olur.


Ekspert qeyd edib ki, aşağı siniflərdə ev tapşırıqları ya tam ləğv edilməli, ya da minimuma endirilməlidir. O, həmçinin vurğulayıb ki, müəllimlərin əlavə materiallarla şagirdləri yükləməsi dərs çətinliyini daha da artırır.

Günay Əkbərova əlavə edib ki, ibtidai təhsildə əsas məqsəd uşaqların motivasiyasını qorumaq və onların düşünmə bacarıqlarını inkişaf etdirməkdir.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin