Azərbaycan dili imtahanı ilə bağlı DİM-dən AÇIQLAMA

Hazırda oxunan: Azərbaycan dili imtahanı ilə bağlı DİM-dən AÇIQLAMA

607261

Hazırda Azərbaycan Dili Sertifikasiya İmtahanının keçirilməsi ilə bağlı hazırlıq işləri davam etdirilir.

Bu barədə Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, müvafiq dövlət qurumları ilə hüquqi məsələlər üzrə razılaşdırma aparılır:

“Nəticələr əldə edildikdən sonra imtahan modelinin tətbiqi barədə ətraflı məlumat ictimaiyyətə təqdim olunacaqdır”.

Qeyd edilib ki, real imtahanlar elektron platforma vasitəsilə keçiriləcək.

“İmtahan modeli Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar üçün nəzərdə tutulub. İmtahanın nəticələri beynəlxalq standartlara uyğun qiymətləndiriləcək və iştirakçılara müvafiq dil səviyyəsini göstərən sertifikat təqdim ediləcək. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiqləyəcək və təhsil, iş və digər sahələrdə istifadə edilə biləcək” – məlumatda bildirilib.

Xatırladaq ki, Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının onlayn platforması 17 mart 2025-ci il tarixində sınaq məqsədilə istifadəyə verilib. 

Məlumata görə, Azərbaycan dili üzrə sertifikasiya imtahanının onlayn platformasının ictimaiyyətə təqdim edilməsindən sonra  999 nəfər qeydiyyatdan keçib və onlardan 785 nəfəri (491 qadın və 294 kişi) sınaq imtahanında iştirak edib. İştirakçıların Azərbaycan dili üzrə qrammatik və leksik dil bilikləri dinləmə, oxu, danışma və yazı bacarıqları CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) standartlarına uyğun olaraq qiymətləndirilir.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin