Qəzaların baş verməsinə səbəb olan AMİLLƏR – VİDEO

Hazırda oxunan: Qəzaların baş verməsinə səbəb olan AMİLLƏR – VİDEO

607244

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yol-nəqliyyat hadisələrinin səbəblərinin təhlilinə həsr olunan yeni maarifləndirici layihəsi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bizim.Media xəbər verir ki, layihə çərçivəsində təqdim olunan materiallarda qəzalar yalnız fakt kimi deyil, onların baş verməsinə səbəb olan amillər baxımından izah olunur.

İlk yayımlanan materialda konkret hadisə üzərindən sürücülərin və digər hərəkət iştirakçılarının yol verdiyi səhvlər diqqətə çatdırılıb.
 

Məlumata görə, layihənin əsas məqsədi qəzaların arxasında dayanan səbəbləri aydın şəkildə göstərmək və eyni səhvlərin təkrarlanmasının qarşısının alınmasına yönəlib. Bu çərçivədə sürət həddinin aşılması, diqqətsizlik, təhlükəsizlik qaydalarına əməl olunmaması və yol şəraitinin düzgün qiymətləndirilməməsi kimi hallar konkret nümunələr əsasında izah edilir.


Qeyd olunur ki, layihə hərəkət iştirakçıları arasında diqqət və məsuliyyət hissinin artırılmasına, sürücü və piyadaların öz davranışlarını təhlil etməsinə və yol hərəkəti qaydalarına riayət etməsinə yönəlib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin