Ərdoğan: “Heç bir qüvvənin nə Türkiyəni, nə də onun prezidentini hədələməyə haqqı var”

Hazırda oxunan: Ərdoğan: “Heç bir qüvvənin nə Türkiyəni, nə də onun prezidentini hədələməyə haqqı var”

607293

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə sıradan bir dövlət deyil və heç bir qüvvənin nə ölkəni, nə də onun prezidentini hədələməyə haqqı var.

Bizim.Media xəbər verir ki, Ərdoğan Böyük Millət Məclisində Ədalət və İnkişaf Partiyasının parlament fraksiyasının iclasında çıxışı zamanı Türkiyəyə və onun rəhbərinə qarşı təhqirlərin yolverilməz olduğunu vurğulayıb.
 

“Qoy heç kim bizim təmkinimizi və sağlam düşüncəmizi zəiflik hesab etməsin. Heç kəs bu məsələdə yanılmasın. Bu xalqı boyunduruq altına ala biləcəyini düşünənlər bilməlidirlər ki, lazım gələrsə, dağları yerindən oynatmağa gücümüz və iradəmiz var”, - deyə Ərdoğan bildirib.


Onun sözlərinə görə, Türkiyənin 40 illik terror problemindən qurtulmasını istəməyənlər bu prosesdən narazılıqlarını gizlətmirlər.

Qeyd edək ki, bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi İsrailin baş naziri Benyamin Netanyahunu ABŞ-İran danışıqları ilə bağlı mövqeyinə və Prezident Rəcəb Tayyib Ərdoğana yönəlmiş hücumlarına görə sərt tənqid etmişdi.

Türkiyə XİN-in bəyanatında qeyd olunurdu ki, İsrail davam edən sülh danışıqlarını pozmağa və bölgədə ekspansionist siyasətini davam etdirməyə çalışır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin