Bu il keçirilən Coachella festivalının gözlənilməz ulduzlarından biri avstraliyalı model və influenser Lia Halton olub. Onun festivaldakı görüntüləri sosial şəbəkələrdə böyük maraq doğurub və istifadəçilər gənc modelə saysız-hesabsız təriflər yağdırıblar.
Bizim.Media xəbər verir ki, 25 yaşlı blogeri artıq “dünyanın ən gözəl qızı” və “Coachella-nın kraliçası” adlandırırlar. Festivaldan yayılan video və fotolar qısa müddətdə TikTok və Instagram platformalarında sürətlə yayılıb, milyonlarla reaksiya toplayıb.
Bir çox istifadəçi onun görünüşünə heyranlığını gizlətməyib, hətta bəziləri bunun real olduğuna inanmaqda çətinlik çəkib. Şərhlərdə “Yox, bu qız sanki süni intellektdir — bu qədər mükəmməl olmaq mümkün deyil” kimi fikirlər yazılıb.
Lia Halton 2024-cü ildə dodaq sinxronizasiyası etdiyi viral video ilə məşhurlaşıb. Hazırda onun sosial şəbəkələrdə 22 milyondan çox izləyicisi var.
Model Coachella festivalında bir neçə fərqli və diqqətçəkən obrazda görünüb — açıq festival geyimlərindən tutmuş daha klassik boho üslubuna qədər. Onun hər görünüşü internetdə yeni müzakirələrə səbəb olub.
Sosial şəbəkə istifadəçiləri onu “stil ikonası”, “Coachella kraliçası” adlandırıb, hətta bəzi paylaşımlarda Lia Haltonun Kayli Cenner və Heyli Biber kimi məşhurları belə kölgədə qoyduğu vurğulanıb.
Populyarlığının sürətlə artmasından sonra Lia Haltonu uşaqlıqdan “dünyanın ən gözəl qızı” adlandırılan fransız model Tilan Blondo ilə də müqayisə etməyə başlayıblar.



Bizim.Media


































































































