ABŞ İranın dəniz ticarətini tamamilə dayandırıb

Hazırda oxunan: ABŞ İranın dəniz ticarətini tamamilə dayandırıb

607198

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper bildirib ki, Amerika qüvvələri İran limanları və sahilyanı ərazilərinə qarşı genişmiqyaslı blokada sayəsində bu ölkənin dəniz ticarətini faktiki olaraq dayandırıb.

Bizim.Media xəbər verir ki, onun X sosial şəbəkəsində yaydığı açıqlamada qeyd olunub ki, İran limanlarının blokadası tam şəkildə həyata keçirilib və ABŞ Yaxın Şərqdə dəniz üstünlüyünü qoruyub saxlayır.

Kuperin sözlərinə görə, İran iqtisadiyyatının təxminən 90 faizi beynəlxalq dəniz ticarətindən asılıdır.

“Blokada tətbiq edildikdən 36 saatdan az müddət sonra ABŞ qüvvələri İranın dəniz yolu ilə daxil olan və xaricə yönələn iqtisadi tədarükünü tam dayandırıb”, - deyə o vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin