Survivor çempionu şəxsi həyatı ilə yenidən gündəmə gəldi – FOTO

Hazırda oxunan: Survivor çempionu şəxsi həyatı ilə yenidən gündəmə gəldi – FOTO

607235

“Survivor All Star 2022”nin çempionu Nisa Bölükbaşı şəxsi həyatı ilə yenidən gündəmə gəlib. Bir müddətdir fenomen Yiğit İnandı ilə münasibətdə olan Nisa əlaqəsini daha da möhkəmləndirib.

Bizim.Media xəbər verir ki, cütlük daha əvvəl, 2025-ci il iyunun 24-də ailə arasında keçirilən sadə mərasimlə nişanlanmışdı.
 

Nişan görüntüləri qısa zamanda böyük maraq doğurmuşdu. İndi isə Nisa Bölükbaşı və Yiğit İnandı Rizədə dini nikah bağlayaraq münasibətlərini daha bir mərhələ irəli aparıblar.


Sosial şəbəkələrdə paylaşılan görüntülərdə cütlüyün xoşbəxtliyi diqqət çəkib.

Xatırladaq ki, Nisa Bölükbaşı ilk dəfə 2020-ci ildə Survivor yarışmasına qatılaraq tanınıb, 2022-ci ildə keçirilən All Star mövsümündə isə çempion olub.

Yarışmadan sonra da şəxsi həyatı ilə tez-tez gündəmə gələn Nisa bu dəfə evlilik yolundakı addımı ilə diqqət çəkib.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin