İranın müharibə zamanı ABŞ-ın Yaxın Şərqdəki hərbi bazalarını izləmək üçün Çindən gizli şəkildə kəşfiyyat peyki aldığı iddia olunub.
Bizim.Media xəbər verir ki, söhbət TEE-01B adlı peykdən gedir.
Bildirilir ki, həmin peyk 2024-cü ilin sonunda Çindən orbitə buraxılıb və daha sonra İran İnqilab Keşikçiləri Korpusunun aerokosmik bölməsinin istifadəsinə verilib.
İddialara əsasən, peyk vasitəsilə Səudiyyə Ərəbistanı, İordaniya, Bəhreyn, İraq, Küveyt, Cibuti, Oman və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ABŞ hərbi bazaları və mühüm infrastruktur obyektləri izlənilib.
Həmçinin qeyd olunur ki, peykdən mart ayında həyata keçirilən dron və raket hücumlarından əvvəl hədəflərin müəyyənləşdirilməsi, hücumlardan sonra isə zərərin qiymətləndirilməsi üçün istifadə edilib.
Ekspertlər hesab edirlər ki, belə bir imkan İranın döyüş meydanında üstünlük qazanmasına kömək edə bilər.
Bizim.Media


































































































