Antalyanın Kemer rayonunda səhər saatlarından etibarən müşahidə olunan isti hava istirahətçiləri sahillərə cəlb edib.
Bizim.Media xəbər verir ki, xüsusilə rusiyalı turistlərin üstünlük təşkil etdiyi çimərliklərdə yay ab-havası yaşanıb.
Görüntülərdə çoxsaylı turistlərin dənizə girdiyi və günəşləndiyi əks olunub. Səhərin erkən saatlarına baxmayaraq, sahillərdə sıxlıq yaranıb.
Bəzi turistlər dənizdə sərinləməyə üstünlük verib, digərləri isə şezlonqlarda (çimərlikdə və ya hovuz kənarında uzanmaq üçün istifadə olunan kreslo) günəşlənərək vaxt keçirib.
Bölgədə yaranan hərəkətlilik turizm mövsümünün erkən başladığı kimi dəyərləndirilib.
Bizim.Media


































































































