Tələbə qızın itkin düşməzdən əvvəl sevgilisi ilə yazışmaları üzə çıxdı – FOTO/VİDEO

Hazırda oxunan: Tələbə qızın itkin düşməzdən əvvəl sevgilisi ilə yazışmaları üzə çıxdı – FOTO/VİDEO

607231

Türkiyədə, Tuncelidə Munzur Universitetinin tələbəsi Gülistan Dokunun 5 yanvar 2020-ci ildə itkin düşməsi ilə bağlı istintaqda yeni detal ortaya çıxıb. Məlumata görə, gənc qızın itkin düşməzdən bir neçə saat əvvəl sevgilisi Zeynal Abakarovla apardığı WhatsApp yazışmaları üzə çıxıb.

Bizim.Media xəbər verir ki, yazışmalarda Gülistan Dokunun “Sadəcə qorxuram” və “Artıq bizim üçün zaman yoxdur, zaman bitdi” kimi diqqətçəkən ifadələr işlətdiyi görünür.
 

Mesajların məzmunundan tərəflər arasında gərginliyin olduğu hiss edilir. Həmçinin Gülistan Dokunun emosional sarsıntı və qorxu içində olduğu ehtimal edilir.


Bildirilir ki, həmin yazışmalardan sonra Gülistan Dokudan bir daha xəbər alınmayıb.

İctimaiyyət isə illərdir sirri açılmayan bu iş üzrə həqiqətin nəhayət üzə çıxacağını gözləyir.








Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin